Dekabristlər üsyanı Featured

Təqdim edir: Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

4-cüdə oxuyan Azik məktəbdən evə gəlib çığır-bağır salır:

-Mən BMT-yə şikayət edəcəm. Bu nədir, bizə hər fənni bir ayrı müəllim keçir, amma bütün fənləri mən tək öyrənirəm?

 

2.

Ermənistan avtomobil istehsal etməyə başlayacaq. Bütün ehtiyat hissələri xaricdən hazır gəlib İrəvanda yığılacaq. 

Parlament Paşinyana müraciət edib ki, barı bir detalsa Ermənistanda istehsal olunsun. Uzun müddət düşünən Paşinyan qərar qəbil edib ki, əyləclər Ermənistanda yığılsın. 

 

3.

“Uçdusəmayabizimpeykimiz” aviakompaniyası sərnişinlərə plastik stəkanı 50 qəpiyə, suyu pulsuz verdiyindən hamı su şüşəsinin altına ağzını tutur.

 

4.

Deyirlər ki, zaman ən yaxşı müəllimdir. Amma bu müəllim sonda bütün şagirdlərini öldürür.

 

5.

Səmədov Dayandurun ailəsində beş uşağın və həyat yoldaşının doğum günləri dekabr ayına düşür. Bir aya 6 ad günü - orta hesabla hər 5 gündən bir hədiyyə tələbi deməkdir. 

Buna görə də hər dekabr ayı gələndə Dayandur kişi köks ötürüb deyir ki, dekabristlər üsyanı başladı. 

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)