Şəkilinin qızıl balığı Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Ulduz müğənnilərimizdən biri söyləyir:

-Mən sağlam həyat tərzi keçirirəm. Məsələn, evimizdən Makdonalds restoranına bu gün piyada getmişəm.

 

2.

Varlının sağ əli qaşınırsa, demək pul gələcək. Kasıbın sağ əli qaşınırsa, demək ekzemadır. 

 

3.

Yollar buz bağlayanda metro toy-bayram edir. Çünki adi vaxtlardakı qara camaata qarda-buzda kostyum-qalstuklu ağ adamlar da qoşulur. 

 

4.

Sən biznes haqqında olan kitablardan gəlir götürmək istəyirsən? Onda onları sat.

 

5.

Orta yaşlara çatanda həyatındakı ilk qadını unudursan. Qocalanda sonuncunu.

 

6.

Bir kasıb şəkilinin toruna qızıl balıq düşür. Balıq deyir:

-Cəmi bir arzu deyə bilərsən.

Yəhudi deyir:

-Ha indi Beverli Stritdəki villamın həyətindəki   “Buqatti”yə əyləşən məqamda həyat yoldaşım 2 milyon funt dəyərində kullenan qaşlı üzüyü qızımın barmağına keçirib fərəhlə məni süzərək desin: “Əzizizm, indicə bank hesabımızı yoxladım, 7 milyon funt köçürmə gəlib”.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)