Afrika səyahəti Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Afrikaya səyahətə gedən azərbaycanlıya turizm şirkətinin əməkdaşı məsləhət verir:

-Qardaş, elə ki, Nil çayının sahilində sənə qızmış öküz hücum etdi, düşünmədən özünü suya at. 

-Suya niyə?

-Çünki öküz sənin dalınca suya atlanmayacaq. O, sudakı timsahlardan qorxur. 

 

2.

Roman Abramoviç Çukotkanın qubernatoru  olarkən ağcaqanadlardan çox qorxurdu, nəticədə o, ən bahalı antiağcaqanad vasitəsi aldı - Londonda mülk.

 

3.

Aşağı Çaxçuxlu kəndində evlənəndə kişini sığortalayırlar. Çünki evlilik - bədbəxt hadisə hesab olunur. 

 

4.

Yeməkxana, kafe, restoran - tarakanın karyera inkişafı.

 

5.

İş - düşüncənin ən qatı düşməni.

 

6.

Canavarı nə qədər yedirtsən də, o yenə Qırmızı Papağı yemək istəyəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)