Pişik Jozefina Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Sənə hələ heç kəs deməyib ki, sən qorxuncsan?

-Yox.

-Qorxudan demirlər.

 

2.

“40 yaşlı arvadımı iki 20 yaşlı qıza dəyişirəm” elanını yazıb “Lalafo” da yerləşdirən kişiyə bir təklif gəldi: “35 yaşlı arvad 5 yaşlı uşağıyla”.

 

3.

Qum saatlarının qanunu: əgər saatı çevirməyi unutmusunuz və qum da əvvəlki təki tökülürsə, demək, qocalıq gəlib.

 

4.

29 fevral ruslarda xalq günüdür. Zarafatsevər ruslar bunu ona görə belə deyirlər ki, hakimiyyət xalqın problemləri  barədə 29 fevral günü təqvimdə görsənən qədər düşünür. 

 

5.

Ən uyğun an ən uyğun olmayan vaxtda gəlir. 

 

6.

Alma gətir bir yeşik,

Ay pişik! 

Bu fransız Jan Pejinin pişiyi Jozefinaya komandasıdır. Ağıllı pişik hər bir işi görür, hətta paltar da ütləyir. 

(Qapaq fotosuna bax)

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)