Brüssel kələmi Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Əgər səni kələmlikdən tapıblarsa, yoxla gör Brüssel kələmidirmi.

 

2.

Seçkilərə hazırlaşan rusların  lətifəsi:

-Bu avropalılar çox eqoistdilər e, Kolya.

-Niyə, Vova?

-Elə ki, bir siyasətçi onların həyatlarını pisləşdirdi, ziyankarlıq edib növbəti dəfə onu seçmirlər. 

-Hə. Biz genişqəlbliyik. 

 

3.

Bir gerizəkalının ekizləri dünyaya gəlir. Hönkürüb ağlayır. Tibb bacısı yaxınlaşıb soruşur:

-Niyə ağlayırsan, qızım?

-Mən ərimə nə cavab verəcəm? Soruşmayacaq ki, ikinci uşaq kimdəndir?

 

4.

İndiyədək mənə atılan daşlardan bir qala tikə bilərdim…

 

5

Başqalarının albomlarından kişilər yaxşı düşdükləri, qadınlarsa pis düşdükləri şəkilləri oğurlayırlar. 

 

6.

Qulaqcıq - ümumi diskotekada öz havanı oynaya bilməyin üçündür. 

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)