Sərxoş Atoppa Featured

Rate this item
(0 votes)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Mamed, niyə kişilər ad günü hədiyyəsi almağı xoşlamırlar?

-Çünki biz bizə corab hədiyyə verib əvəzində az qala şuba, komplekt umanlardan bezmişik.

 

2.

Mənim uşaqlarım soruşdu ki, siz 80-ci, 90-cı illərdə necə yaşayırdınız?

Mən mobil telefonlarını əllərindən alıb interneti də keçirdim, dedim bax belə.

 

3.

-Təsəvvür edirsən, dünən Bakıbus-da bir kişi öz yerini ayaq üstündə qalmış ahıl qadına verdi.

-Bunun nəyi təəccüblüdür ki? Adi haldır da.

-Ay insan, yerini verən avtobusun sürücüsü idi. 

 

4.

-Atoppa, yenə dəmsən? 

-Əlövsət, sən öl, tibdə yazılıb ki, qırmızı çaxır dərman qədər xeyirlidir insana.

-Daha gündə bir şüşə yox da!

-Həri, qədeş, düz buyurursan, bir şüşə əlbəttə azdır. 

 

5.

Qadın kişiyə o qədər soyuq baxdı ki, yazıq kişiyə soyuq dəydi. 

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2024)