Allah sənə rəhmət eləsin, Hacı Zeynalabdin!

Rate this item
(0 votes)

Leyla, “Ədəbiyyat və incəsənət”İnsanlar gedir, gözəl işlər, nəcib əməllər qalır!

1901-ci ildə Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbini yaratmışdı. O zamanlar qızların təhsil alması artıq labüd idi. Xaricdə təhsil alıb gələn oğlanlarımız savadsız və dünyagörüşsüz qızlarımızı bəyənməyərək özləri ilə gətirdikləri "firəngli", "rumlu" və s. əcnəbi xanımlarla evlənirdilər. Digər tərəfdən, xanımlar xəstələndiyi zaman onları müayinə edəcək qadın həkimlər yox idi. H.Z.Tağıyev bütün məşəqqətlərə, maneələrə və təzyiqlərə baxmayaraq qızların təhsil alması üçün bu məktəbi yaradır və həmin məktəb Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbə çevrilir.

Unutmayaq ki, unudulmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)