Sabah Bakıda “Disney” multimedia şousu olacaq

Rate this item
(1 Vote)

Dünən iyunun 1-i idi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü. Çox tədbirlər oldu, amma bayram bu gün və sabahkı iki istirahət günlərində də davam edəcək. 

 

Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Art-East Media Group” şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 2023-cü il iyunun 3-4-də paytaxt sakinlərini və şəhərimizin qonaqlarını son zamanların virtuoz yaradıcı kollektivinin, öz sahəsində liderlərlə rəqabət aparan və konsertləri anşlaqla keçən “Avanqard” kamera orkestrinin iştirakı ilə multimedia “Disney” şousuna dəvət edir. 

 

Bu möhtəşəm şouda nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanları sizin qarşınızda olacaqlar. Nostalgiya və sehrli dəqiqələr yaşamaq istəyənlər, həmçinin bu heyranedici hisslərin təsiri altında uzun müddət qalmağı arzu edənlər canlı və ecazkar musiqinin sədaları altında məşhur qəhrəmanlarla ünsiyyət quracaqlar. Bu şou uşaqların səmərəli istirahətini təmin edəcək, onların dünyagörüşünü artıracaq və azyaşlılarda bədii-estetik zövqü inkişaf etdirəcək.

Bir sözlə, uşaqlar əsl unudulmaz anlar yaşayacaqlar! 

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2023)