Gəlin yox deyək! Featured

Rate this item
(1 Vote)

Gözəllik ondur, doqquzu dondur deyiblər. Al-əlvan, güllü-butalı geyim də xanımlarımızı gözəl göstərməyə hesablanır təbii ki. Bəs ölkəmizi beynəlxalq arenada təmsil edən kişilərin güllü qadın qiyafəsində ortaya çıxması nədir? Aşırı gözəl görünmə cəhdi, yoxsa milli ləyaqət hissini taptalamaq?

 

“Ədəbiyyat və incəsənət” portalı bundan sonra qızğın sosial müzakirələrə səbəb olacaq Azərbaycanı Avroviziya musiqi yarışmasında təmsil edəcək Tural & Turan qardaşlarının geyimi barədə bir neçə ictimai fəaldan rəy almışdır. Onları diqqətinizə çatdırırıq:

 

Aida Eyvazlı:

Hər xalq öz mental dəyərləri ilə, qədim tarixi ilə tanınır. Avropa  Şərqə yaxşı heç nə verə bilməz. AVROVİZiYA DA o qəbildən... Bizim Dəmir yumruğumuz, Şuşanı dişi, dırnağı ilə alan igidlərimiz var. O güllü don geyinən gədələri seçən isə Azərbaycanın imicinə kölgə salır.

 

Əkbər Qoşalı:

Azərbaycanı bu gədələrin təmsil etməsindən çox məyusam. Bəlkə andıra qalmış səsləri, bir qırıq istedadları vardır - ola bilər; bəlkə Avroviziyanın mərət qalmış standartlarına-filana uyğundur - bilmirəm… ancaq sən qəhrəman Azərbaycanı təmsil edirsənsə, bu nə geyim, o nə LediQaqapərəstlikdir?!.

Tərs kimi adları da TuralTuranmış… O adlar hər ikisinə ayıb olsun! Yetkim olsa, hər ikisinin adını dəyişər, yarışdan da geri alardım.

 

Tural İlyas:

Heyif ki, onlardan biri ilə eyni adı daşıyıram.

Mənə maraqlı olan odur ki, dizayner və ya modelyer bu geyimlə nə mesajı verməyə çalışır?

Azərbaycanda kişilər və ya gənclər belə geyinmir axı, Avropanın ən böyük musiqi yarışmasında da belə iştirak edək.

İnsafla cavab verin, əziz həmyerlilərim, hansınızın babası, atası, əmisi, dayısı, qardaşı, ya özü belinə belə karset taxır və ya belə güllü-çiçəkli geyinir?

Əgər əsl Azərbaycan kimliyi təqdim etmək istəyirdilərsə milli geyimdə iştirak edə bilərdi bu qardaşlar, yox məqsəd Avropanın gözünə girmək, LGBT-ni dəstəkləməkdirsə bu geyim tam uyğundur.

Müasirlik qadınların soyunmağı, kişilərin qadın geyimi geyinməyidirsə və budursa onda mən liberal və müasir olmaqdan imtina edirəm və oluram tipik mental azərbaycanlı.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)