Sevgi daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir Featured

Rate this item
(0 votes)

 

Yazıçı Varisin “Qırmızı ləçəklər” romanı - müharibənin yarımçıq kəsdiyi gerçək bir sevgi hekayətidir. Azərbaycanlı Əlif Hacıyevlə belarus Qalina Manko arasındakı bu sevgi gedib Xocalıda torpağa gömülür. Dövlət sifarişi ilə yazılan, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ olunan romandan sevgi dolu sətirlərin dərcini “Ədəbiyyat və incəsənət” portalı bu gün də davam etdirir.

Əlbəttə, yüzlərlə tədqiqat var ki, sevənin halını xəstəlik halı ilə uzlaşdırır, ümumən sevgiyə düçar olmağı xəstəlik növü adlandırır. Amma mən həmişə "sevgi" sözünün "xəstəlik" sözü ilə müqayisəsindən çəkinmişəm, hətta diksinmişəm.

Xəstəlik — müalicəsinə çalışdığın, ondan qopmaq istədiyin anormal haldır. Sevgi isə daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir.

Sevgi — sonu sənin iradəndən asılı olmadan, sonunu sənin təyin etmədiyin bir mövcudiyyətdir. Sevgi limiti məhz qum saatının sənə verdiyi vaxt limiti kimidir. Bəxtinə iri qablı qum saatı düşdü, onun ömrü uzun, kiçiyi düşdü, qısa olacaq. 

Amma bir gün mənim ağlıma gəldi ki, sevgidə də limitsizlik mümkündür, insan sevgini vaxt diktə etmək qabiliyyətindən büsbütün məhrum edə bilər. Eynən Əliflə Qalinada olduğu kimi. Onların qum saatlarında qumun bir qabdan digər qaba tökülməsi müddəti sadəcə əbədi idi.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)