STATUS YAĞIŞI - Almaz Ərgünəş Bəyazid ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Almaz Ərgünəş Bəyazid üçün açır. Buyurun.

 

Yaziciyam. Amma bircə şeirim var.

2005-də yazmışam.

O da vəsiyyətimdir.

 

Öldümmü, 

Vay-şivən qoparıb 

Dəng etməyin 

Dinc ruhumu.

Qəbrim üstə 

Bir nar, 

Ya bir gilənar 

Ağacı əkin ki,

Qızlarım edəndə yad

Dərib yesinlər 

Ruhum olsun şad.

Siz Allah 

Salmayin sözümü qəribciliyə

Nə mən dünyanın vecinə

Nə dünya mənim vecimə.

Endirməyin sal daşları üstümə 

Əlcım boyda baş daşıma 

Nə ad qoyun, nə də tarix.

Qoy otənlər bircə bunu oxusunlar 

Oxusunlar 

Nə yaşadı, nə də öldü.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)