Azərbaycan oktyabrın 26-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində ("Tourism Expo Japan”) iştirak edəcək.
Qeyd edək ki, ölkəmizi sərgidə Dövlət Turizm Agentliyi təmsil edəcək.
Artıq bununla bağlı hazırlıqlara başlanılıb.
Xatırladaq ki, “Tourism Expo Japan” 2014-cü ildən keçirilir. Sərginin təşkilatçıları Yaponiyanın Səyahət və Turizm Assosiasiyası, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Yaponiya Milli Turizm Təşkilatıdır (JNTO).
“Ədəbiyyat və incəsənət”
(05.10.2023)