Ankarada qəhvə festivalı keçirildi

Rate this item
(0 votes)

Sentyabrın 22-24-də Ankarada qəhvə festivalı keçirilib. Festivalda böyük qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və digər qəhvə sənayesi müəssisləri bir araya gəliblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, iştirakçılar, həmçinin festival çərçivəsində xüsusi dequstasiya və seminarlarda iştirak ediblər, canlı konsertlər və səhnə tamaşalarına baxmaq imkanı əldə ediblər.

Peru, İndoneziya, Qvatemala, Vyetnam və Rusiyadan olan qəhvə şirkətlərinin də qatıldığı festivalda İtaliya və Yunanıstandan mütəxəssislər müxtəlif tədbir və seminarlarda qəhvə həvəskarları ilə görüşüblər.

Bəli, dünyada bir Türk qəhvəsi brendi var və Türkiyə qəhvəçilik sənayesində üstün mövqeyini daim sərgiləməlidir. 

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)