Bakı metropolitenində Bəhram Bağırzadənin imza günü keçirilib

Bakı Metropolitenində 8 Noyabr - Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib. “Bakılı oğlan”, vətənpərvərliyi, ictimai fəallığı ilə seçilən Bəhram Bağırzadə Bakı Metropoliteninin azyaşlı sərnişinlərinin görüşünə gəlib.
Onun  qələmə aldığı kitabların, o kitabların ki yeni nəslin maariflənməsində, biliklərinin artmasında, ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti barədə zəngin məlumatlar əldə edilməsində xüsusi rol oynayırlar, imzalanma mərasimi baş tutub.
Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin “Bənövşəyi xətt”i üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edib, onlara dəyərli tövsiyələrini verib. Tədbir zamanı uşaqlara üzərində 8 Noyabr bayramının rəmzləri olan şarlar da təqdim olunub.