Nigar Həsənzadə Venesuelada dünyanın ən böyük poeziya tədbirinə qatılacaq Featured

Rate this item
(0 votes)

Bu günlərdə Kolumbiyanın paytaxtı Boqota şəhərində planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Dahi kolumbiyalı şair Fernando Rendonun başçılıq etdiyi festival iştirakçı sayına görə dünyanın ən böyüyü hesab edilir. 

Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.

 

 

“Ədəbiyyat və incəsənət” portalı  xəbər verir ki, Azərbaycanı nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. 

Nigar Azərbaycanı təmsil edən koordinator kimi portalımıza səfəri öncəsi məlumat verib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. Seçilmiş şeirlərini təqdim edəcək. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışını Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcək.

Nigar ədəbiyyatımızın dünyada tanınması və təbliği işinə çox önəm verir və bunun üçün əlindən gələni edir. 

Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. N.Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” antologiyasına daxil edilib. Bundan əlavə, o Böyük Britaniya ərazisində yaşayan “10 ən yaxşı əcnəbi şair” siyahısına daxil edilib.

Nigar 2019-cu ildə Bakıda BMT-nin himayəsi altında və Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə 4-cü LiFFt festivallar festivalının koordinatoru olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)