“Bir yetimin saçlarını, darayana salam olsun” - İqbal Nəhmət Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair İqbal Nəhmətin şeiri təqdim olunacaq. 

 

Salam olsun!

 

Ruha nə var, ölən bədən,

Qayıdacaq bir gun gedən,

Qohum qohumdu, özgədən

Yarıyana salam olsun.

 

Halal süfrə, halal çörək,

Yaşadınmı danış görək? 

Bir yastıqda iki ürək,

Qarıyana salam olsun.

 

Gördüm qaça-qaçlarını,

Tox dediyin aclarını, 

Bir yetimin saçlarını,

Darayana salam olsun.

 

Əlləşəsən tər içində,

Ər olasan ər içində,

Vətəni səngər içində,

Qoruyana salam olsun! 

 

Ədəbiyyat və incəsənət”

(10.07.2023)