Daş Kitabə kitabların ən böyük təbliğatçısı Xan Rəsuloğluya qismət oldu

Rate this item
(0 votes)

Sumqayıtda, Kimyaçılar sarayında Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 1-ci Kitab Sərgisi akkord notlarla başa çatdı. Daş Kitabə mukafatı Xan Resuloğluya təqdim edildi.
“Ədəbiyyat və incəsənət” nəzərinizə çatdırır ki, Daş Kitabə düz 20 il öncə “Altun Nəşriyyat”ın rəhbəri Rafiq Ismayilov tərəfindən Tərlan Qorçuya təqdim edilmişdi və sonuncu olmuşdu! Mukafat yeniləndi və bundan sonra kitabçılıqda fədakar xidmətləri olan insanlara vaxtaşırı  təqdim ediləcək.
Xan Rəsuloğluya təsadüfi deyil ki hamı kitabçı deyir. Sumqayıtda və Bakıda yeni və ikinci əl kitabların satışını, kirayəsini, mübadiləsini təşkil edən, yüzlərlə imkanı çatmayan kitabsevərə kitab hədiyyə edən bu şəxs həm də mütaliəsi ilə digərlərinə örnək ola bilər. Həyatı boyu minlərlə kitab oxumuş Xanoğlan kitabın ən böyük təbliğatçısıdır, Daş Kitabənin məhz ona təqdim edilməsi 1-ci Sumqayıt Kitab Sərgisinin təşkilatçılarının həm də tam obyektivliyindən xəbər verdi.