“Ulduz" jurnalının iyun sayı işıq üzü görüb

Rate this item
(1 Vote)

BU SAY ƏSASƏN ÇƏNC YAZIÇILARIN YARADICILIĞINA HƏSR OLUNUB

 

 

Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz" jurnalının iyun sayı işıq üzü görüb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn jurnal "Yeni nəsil: proza" altbaşlığı altında dərc edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalın bu buraxılışında aşağıdakı yeni nəsil gənc yazıçılar təmsil olunublar:

 

Furqan, 

Orxan Saffari, 

Təvəkkül Boysunar, 

Orxan Cuvarlı, 

Sərdar Amin, 

Nihat Pir, 

Həmid Piriyev, 

Orxan Həsəni, 

Rəvan Cavid 

Nadir Yalçın.

 

Onların müxtəlif məzmunlu hekayələri, eləcə də şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesi jurnalın bu sayında yer alıb.

"Dərgidə kitab" rubrikasında Türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar tərcümə edib.

Ən nəhayət, "Dərgidə sərgi" rubrikasını 10 yaşlı Əzizə Bəhruzlunun rəsmləri bəzəyir.

Bu isti yay fəslinin “Ulduz”ları da sələfləri kimi maraqlıdırlar, lap deyərik, sərinləndirəndirlər!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)