“Açılmamış bir kitabdır insan ömrü...”

Rate this item
(0 votes)

Rəsul Rzanın Ev-Muzeyində Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyinə həsr edilmiş “Açılmamış bir kitabdır insan ömrü...” adlı ədəbi-bədii tədbir keçirilib. 

 

Tədbirdə öncə Xalq şairinin yaradıcılığı haqqında məlumat verib.

Görkəmli şairin öz səsi ilə lentə yazılmış şeiri səsləndirilib və onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Sonra Göyçay Peşə Liseyinin şagirdləri N.Rəfibəylinin “Vətənim” və “Günəş doğanda” şeirləri tamaşaçılara təqdim edilib. Şairin həyat və yaradıcılığı, mənalı və keşməkeşli ömür yolu, əsərlərinin və ədəbi tərcümələrinin bədii keyfiyyətləri barədə danışılıb. Nigar xanımla böyük mütəfəkkir şair Rusul Rzanın dastanlara sığmayacaq qədər böyük olan sevgilərindən söhbət açılıb. 

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Pərviz Yəhyalı Rəfibəylilər nəslinin Azərbaycan tarixində, ictimai-siyasi həyatında oynadığı roldan söhbət açıb. Tədbir Akif İslamzadənin ifasında şairin sözlərinə bəstələnən “Ala gözlüm” mahnısının ifasıyla başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)