Sosial mediadakı poeziya incilərindən: Nuranə Təbriz, “Ümid bitən yerdəyəm” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Sosial mediadakı poeziya inciləri” rubrikasında bu dəfə sizlərə Nuranə Təbrizin bir gözəl şeirini təqdim edirik. “Ümid bitən yerdəyəm” adlanan bu şeiri bəyənəcəyinizə inam hədsizdir. 

“Kiminsə etdiyi yaxşılığın əvəzində sizi öz təsiri altına salmasına icazə verməyin. Heç kəsə özünüzü borclu saymayın, əks halda əmr quluna çevirləcəksiniz! Bəzilərinin silahı üzündə yaratdığı saxta təbəssümüdür.  Vicdanınızdan istifadə etməyə çalışan mələk libaslı iblislərdən uzaq durun! Anlam vermədiyiniz bir şəkildə şiddətli yaxşılıq, yaxınlıq, görürsünüzsə uzaq durun, əmin olun ki, bu davranışın altında sizdən istəkləri olacaq! Arxanızca danışanların çoxluğundan narahat olmayın, əksinə sevinin ki, onların sizin qarşınıza çıxacaq üzü yoxdur” - bu dəyərli kəlmələr də Nuranə xanımdandır. Əslən Qazax bölgəsindən olan Nuranə Təbrizin ruh şairəsi olduğunu söyləməyə hər cür əsasımız var. 

 

Həyat şirinmiş demə,

Dadını unutmuşdum.

Körpə xəyallarımın

Adını unutmuşdum.

 

İndi arzularımın

-üstdə zireh çəkirəm.

Vaxtı ovutmaq üçün

Hər gün təsbeh çəkirəm.

 

Axtarıram tapmıram

-Bəxtim itən yerdəyəm.

Getməyə yol görünmür,

Ümid bitən yerdəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)