Tərcümə Agentliyinin yenilikləri

Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başlayıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilir ki, Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlarla yanaşı, müxtəlif çeşidli tərcümə, tərtib, ən müasir tələblərə cavab verən poliqrafiya, dizayn, veb-dizayn və s. sahələr üzrə peşəkar xidmətlərdən istifadəni asanlaşdıran sayt rəsmi-hüquqi sənədlərin, spesifik terminoloji mətn və materialların (tibbi, hüquqi, texniki, elmi, bədii və s.), veb-sayt və vikipediya səhifələrinin ingilis, Azərbaycan, alman, rus, ərəb, ispan, türk, portuqal, yunan, ukrain, ivrit, italyan, gürcü və s. dillərə keyfiyyətli tərcüməsinə, eləcə də keyfiyyətli nəşrinə geniş imkanlar yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.