Mədinə Gülgünün kitabı - “İmamverdi Əbilov barədə xatirələr” silsiləsindən

“Ədəbiyyat və incəsənət” portalı neftçalalı ədəbiyyatşünas Etibar Əbilovun “Atam İmamverdi Əbilov barədə xatirələr” silsiləsindən növbəti yazısını təqdim edir

 

Neçə illər bundan əvvəl unudülmaz şairəmiz Mədinə xanım Gülgün atama "Cinar ömrü" adlı şeirlər kitabını göndərmişdi. Mədinə xanım gözəl şair idi. Kitabdakı zərif, duyğusal, Təbriz həsrətli şeirlər haqqında atam məqalə də yazdı və həmin məqaləni "Azərbaycan" jurnalında çap etdirdi. Atamın həmin kitabda ən çox xoşuna gələn  şeirlərdən biri də "Qocalıq" şeiri idi. Elə o vaxt güçlü yaddaşım olduğundan, həmin şeir uşaq olmağıma baxmayaraq, əzbər olaraq yaddaşımda qalmışdı. 

Axır zamanlar həmin "Qocalıq" şeiri (xüsusi ilə ilk iki bəndi) tez-tez yadıma düşür:

           

Bir gecə qapımı döydü qocalıq,

Əlində əsası, gözündə eynək.

Dedi istəsən də, istəməsən də,

Səninlə günümü keçirəm gərək.

            

Uzun yollar keçib gəlmişəm,dedi.

Qoyma gözlərindən irağa məni.

 Mən gənclik deyiləm, vəfasız çıxam,

 Bənzətmə gedəri qonağa məni...

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)