Ulu Öndərin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi adlı tədbir keçiriləcək

Mayın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz mövqeyi” adlı tədbir keçiriləcək. 

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq. 

“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, tədbir çərçivəsində Ümummilli Liderin poeziyamızın inkişafı üçün gördüyü işlərdən danışılacaq, əvəzsiz xidmətləri vurğulanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)