Oxu günündə kollec tələbələri sevimli yazıçıları ilə görüşdülər

Təqvimdə kitabla, ədəbiyyatla bağlı bir gün də var, Oxu Günü. Həmin gün BDU-nun Humanitar və İqtisadiyyat Kollecinin tələbələrinin yazıçı Varislə görüşü keçirilmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Kitabçı” məkanında baş tutan görüşdə yazıçı gənc kitabsevərlərə kitabların insan həyatındakı müsbət rolundan, müasir ədəbiyyatda baş verən proseslərdən danışmış, tələbələrin suallarını cavablandırmışdır. 

Görüşdə tələbələrdən Həsənova Xəyalə, Məmmədli Fidan, Bayramova Günay, Abbaszadə Nəzrin, Həsənli Jalə, Məmmədova Nərmin, Abdullayeva Billurə, Qurbanova Aysel və digərləri öz fəallıqları ilə daha çox seçilmişlər. Tələbələr yazarın kitablarını imzalatmış, öz ədəbi baxışlarını dilə gətirmişlər.

Məlum olmuşdur ki, onların hamısını kollecdə fəaliyyət göstərən Ədəbiyyat Klubu birləşdirir, bu klub onlarda mütaliəyə sevgi yaradır, onların mənəvi zənginləşməsinə kömək edir.

Sonda Ailə fotosu şəkilmişdir. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)