Qısa fikirlər xəzinəsi Arif Nihat Asyadandır Featured

“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Arif Nihat Asyanın fikirlərini çatdıracaq.

 

 

 

 

Qulun olaraq doğulmasaydım, özüm gəlib fəxri qulun olardım, Allahım.

 

***

İşığın ardınca get! Kölgən arxanca istər gəlsin, istər gəlməsin!

 

***

Aramızdakılardan biri körpü olmağa razılıq verməsə, qiyamətəcən bu çayın qırağındaca gözləməli olacağıq.

 

***

Ölülərin çənəsini bağlayırlar ki, burda gördüklərini orda danışmasınlar.

 

***

Almaz təkin ol ki, yandığın zaman nə yerdə külün qalsın, nə də göydə tüstün.

 

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)