Qubalı məktəbli bədii qiraətdə uğur qazanıb

 

“TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝  kitab mağazaları şəbəkəsi tərəfindən Ramiz Rövşən şeirlərinin bədii qiraəti üzrə təsis edilmiş ˝Ramiz Rövşən mükafatı˝nin qalibləri müəyyən edilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qaliblər sırasında əyalət təmsilçisi də var. Bu, qubalı məktəbli Sadiq Mahmuddur. O, 

9-11-ci sinif şagirdləri üzrə nominasiyada fərqlənib.

Bildirək ki, Sadiq Qubanın tanınmış ictimai fəalı, “Yurd” təşkilatının təsisçisi Ramin Mahmudovun övladıdır.

 

“Ədəbiytat və incəsənət”

(30.03.2023)