Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib Featured

 

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, tanınmış yapon yazıçısı Kendzaburo Oe vəfat edib.

“Ədəbiyyat və incəsənət” portalı BBC.com-un bu gün yaydığı xəbərə istinad edərək bildirir ki, Oenin vəfatı barədə məlumat bu gün yayılsa da o, 10 gün öncə, martın 3-də dünyadan köçüb. 

 

88 yaşında dünyasını dəyişən yazıçı Nobel mükafatını 1994-cü ildə “poetik güclə reallıq və mifin birləşərək bugünkü insan səfalətinin narahatedici mənzərəsini təqdim etdiyi xəyali dünya yaratdığına görə” alıb.

Qeyd edək ki, Kendzaburo Oe ədəbiyyat üzrə Nobel mükafatı alan ikinci yapon yazıçısıdır.

Və onu da bildirək ki, həmin o 1994-cü ildə ona Yaponiya İmperatorluğunun ali Mədəniyyət Ordeni təqdim ediləndə o, “mən imperiya hakimiyyəti institutunu qəbul etmirəm” deyə mükafatdan imtina etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)