Hümbət Həsənoğlunun aforizmləri Featured

“Ədəbiyyat və incəsənət” portalına statusman Hümbət Həsənoğlu yeni 

aforizmlərini təqdim edib. Buyurun, tanış olun:

 

1)“Boş şeydir” dediklərimizin çoxu sonradan “dolu” çıxır.

 

2)Xoşbəxtlik sözləri yalnız iki addan ibarət olan romandır.

 

3)Həyat həndəsə deyil, iki nöqtə arasındakı ən qısa məsafə düz xətt olmaya da bilər.

 

4)İnsana hamı kimi olduğunu yadına salan ən yaxşı yer növbədir.

 

5)Bekarçılıq bədbəxtliyin giriş qapısıdır.

 

6)Bağrına basıb öldürmək insanların qədim adətidir.

 

7)Keçmişi xatırladığın zamanlara “indinin” vaxtını sərf etdiyini unutma.

 

8)Xarakter paltarlı bədən kimidir, paltarı göstərməyiniz adətən kifayət etməlidir.

 

9)Kasıb olmaq qəbahət deyil, ucuz olmaq qəbahətdir.

 

10)Pulun varsa, fəsillərin ardıcıllığını özün müəyyənləş­dirə bilirsən.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)