Bu dəfə Əliqulu Qəmküsarın “Qatış-bulaş” felyetonu

 

Ədəbiyyatımıza töhfə verən hər bir media layihəsi diqqətçəkəndir. O cümlədən də “ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi. Layihə barədə ilkin məlimatınız vardı, layihə  davam etməkdədir. 

Əsas məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaq olan layihənin növbəti buraxılışında görkəmli satirik şair, publisist “Molla Nəsrəddin” jurnalının aparıcı müəlliflərindən Əliqulu Qəmküsarın (1880-1919) “Qatış-bulaş” felyetonu təqdim edilib.

“Molla Nəsrəddin” dərgisinin 4 noyabr 1907-ci il 41-ci sayında dərc olunan əsəri aktyor, rejissor Rövşən İsax qiraət edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)