Ekspress-sorğu: Müasir Azərbaycan ədəbiyyatında hansı mövzuda əsərlərin yazılmasını istərdiniz? Featured

Növbəti Ekspress-sorğuda əməkdaşımız Habil Yaşar “Müasir Azərbaycan ədəbiyyatında hansı mövzuda əsərlərin yazılmasını istərdiniz?” sualına cavab alıb. 

 

 1. Hənifə Əzizəliyeva-müəllimə: Sağlam ailə, sağlam düşüncə, vətənpərvərlik ruhunďa.

 

 2. Anar Əzizəliyev-müəllim: Məhəbbət mövzusunda ve dedektiv janrlı.

 

 3. Sövkət Zeynalova-müəllimə:  Mən ən çox istərdim qanı ilə bizə sevinc yaşadan, işğaldan torpaqlarımızı azad edən şəhidlərimizin, qazilərimizin həyatı və yaradıcılığı işıqlandırılsın.

 

 4. Zülfiyyə Məmmədova-müəllimə: Sevgi mövzusunda daha çox yazılmasını istərdim.

 

 5. Vəfadar Nəsibov-proqraqmçı: Fəlsəfi, fantastik. Qalaktikalararası səyahət, yerin yaranması haqqında və s.

 

6. Fərid Qədirov-musiqiçi: Daha çox milliyətimizə aid, milli mənəvi dəyərlərimiz barədə yazılsa xoş olar.

 

7. İradə Allahverdiyeva-müəllimə: Sevgi, maarifləndirmə və vətənpərvərlik mövzusunda əsərlər arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)