“ABSURDİSMLİK ƏSRİ” - Əli Çağlanın şeiri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Absurdismlik əsri” şeirini oxucularımıza təqdim edirik.  Qeyd edək ki, Absursismlik - 

¹Səudiyyə Ərəbistanın cənubunda yerləşən böyük səhranın  adıdır.

 

 

Göz işlədikcə boş Rub-əl-Xali¹ səhrasındayam

Hay vururam, səsim özümə dönür.

Boş təpələrin torpağı

Udmaq istəsə də məni, qorxmuram

Darıxıram səni canımdan çıxartmağa.

 

Dişimin arasında qalmış ləpə dənəsisən.

Dartınıram özümlə,

Göynəyir dilimin ucu.

Oyub çıxartmaq istəyirəm səni

Çöpsüz, ağacsız,

Ərəb səhrasında...

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)