Bu gün Bakıda keçirilən dünya ədəbiyyatı forumunun ildönümüdür

Rate this item
(0 votes)

 

Elə tarixlər var ki, onları unutmaq əsla olmur. Mədəniyyət tariximizdəkiləri isə ələlxüsus.

 

2018-ci ildə Rusiyanın Soçi şəhərində BMT-nin himayəsi altında keçirilmiş, 170 dünya yazıçısının qatıldığı Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı azərbaycanlı yazıçı Varis oldu, onun estafeti bu yaxınlarda Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan böyük Oljas Süleymenovdan qəbul etməsi ikiqat şərəfli idi. Növbəti ildə festivalın Azərbaycanda keçirilməsi təmin edildi. 2019-cu ildə oktyabrın bu günlərində Bakı şəhəri festivalı ultramüasir Heydər Əliyev Mərkəzində - yüksək səviyyədə qəbul etdi, Azərbaycan tərəfdən Heydər Əliyev Fondu festivalın tərəfdaşı oldu. Paytaxtımıza dünyanın 53 top yazıçısı – Fernando Rendon, Paolo Ruffilli, Riçard Baumqarten, Tuğrul Tanyol, Toşiko Hirata, Meyer, Radomir Andriç, Kşiştof Zatravski, Marike Langelaar, Silvia Mari, Boris Yevseyev, Raquel Lanseros, Hamid Larbi, Oljas Süleymenov, Koukis Kristos, İddo Natenyahu, Eduardo Espina, Xadaa Sendo, Urmas Vadi, Erlinq Kitelsen, Şota İataşvili, Mamta Saqar, Yevgeni Popov, Leo Butnaru və digərləri (ümumilikdə 150 yazıçı) təşrif buyurdu, ölkəmizlə tanış olmaları səbəbindən Azərbyacan Prezidentinə də minnətdarlıq məktubu ünvanladılar. Onlara Bakıda və Sumqayıtda Şəhidlər Xiyabanları, Qubadakı Memorial Kompleks göstərildi. Yeri gəlmişkən, həmin yazıçılar Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməkdədirlər.

 

Azərbaycanın ədəbi elitasının festivalda tam iştirakı da diqqət çəkir. Plenar iclaslarda xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Natiq Rəsulzadə, xalq şairləri  Ramiz Rövşən, Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, yazıçı-ssenarist Ramiz Fətəliyev Azərbaycan üzrə spikerlər oldular.

 

Bakıda, Sumqayıtda, Qubada keçirilən festival tədbirləri yüksək təşkilatçılıqla yadda qaldı. Xüsusən Qubada festivalın təşkilat komitəsinin üzvü, yazıçı Əlibala Məhərrəmzadənin moderatorluğu ilə keçirilən üç saatlıq möhtəşəm tədbirdə həm ədəbiyyatımız, həm bütövlükdə mədəniyyətimiz yetərincə təbliğ olundu, Azərbaycanın Qarabağ probleminin kökləri xarici ölkə yazarlarına agah oldu.

 

Bakı festivalı yazarlarımızın dünya ədəbiyyatına inteqrasiyasında da böyük rol oynadı. Hazırda onlarca yazarımız beynəlxalq festivallara dəvət alır, xarici ölkələrdə dərc edilirlər.