Dövlət Tərcümə Mərkəzi peşəkar tərcüməçilər sorağındadır

Rate this item
(0 votes)

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir. 

Mərkəzin məlumatına görə, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün şəxsiyyət vəsiqəsinin surəti və CV-lər bu ilin mart ayının 31-dək mərkəzin This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

Qeyd edək ki, mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd olunmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)