Türk dünyasından Şuşaya-Şuşadan türk dünyasına

Rate this item
(1 Vote)

Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dünyasından Şuşaya-Şuşadan türk dünyasına layihəsi həyata keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” pprtalı DGTYB-yə istinadən xəbər verir ki, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq. Adıçəkilən kitabın Bakı, İstanbul və Daşkənd şəhərlərində təqdimat mərasimləri təşkil ediləcək. 

Bundan əlavə, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər və Bakıda müxtəlif tədbirlər, görüşlər keçiriləcək. Eyni zamanda, türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər.

a

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)