“Ya dəli ol, ya dərdli ol” deyən şair Sabir Yusifoğlu vəfat etdi Featured

Rate this item
(0 votes)

 

Bilmirsən nə olacaq, necə olacaq. Bir göz qırpımında olan olur, keçən keçir. Sənə də yalnız seyrçi olmaq qalır...

Azərbaycan poeziyasında öz yeri var idi Sabir Yusifoğlunun. Doğulduğu Cəlilabad rayonunun Adnalı kəndindən Sumqayıta gəlmişdi, bu gənclik şəhərində fəhləçilik edir, gözəl bədii nümunələr yaradır, oxucu qəlblərində iz qoyurdu. Çox yazmırdı, az yazırdı, amma sanballı yazırdı. Onun üçün əsas olan  kəmiyyət deyildi, keyfiyyət idi.

Sonra ağır xəstəlik gəldi, şiddətli ağrılar gəldi, dostların, tanışların biganəliyini gördü, küsdü, özünə qapandı.

Və budur, Sumqayıtdan sarsıdıcı xəbəri oğlu, qazı şair Emin Pirinin dilindən eşitdik. Şair gecə saatlarında düşdüyü koma vəziyyətindən ayılmayaraq vəfat etdi. Haqq dünyasından küskün halda axirət dünyasına qovuşdu.

Allah rəhmət eləsin. Daha nə deyə bilərik ki.

 

Ya dəli ol, ya dərdli ol,

Biri bilsə, beşi bilməz.

Bu küləkdə hönkürtüylə,

Ağlasan da eşidilməz...

 

“Ədəbiyyat və incəsənət”