Tanınmış Britaniya yazıçısı Hilari Mantel vəfat edib

Rate this item
(0 votes)

 

Britaniyalı yazıçı Hilari Mantel 70 yaşında dünyasını dəyişib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə HarperCollins nəşriyyat evi məlumat verib. Məşhur tarixi romanların müəllifi ailə üzvləri  və yaxınlarının əhatəsində dünyasını dəyişib.

 

Hilari Mantel Tomas Kromvellin yüksəlişi və süqutu haqqında "Vulfholl" trilogiyasına daxil olmuş kitablara görə iki Buker  mükafatına layiq görülüb. Seriyanın son romanı 2020-ci ildə nəşr olunub və  trilogiya dünyanın onlarla dilinə tərcümə edilib. Ümumi tiraj 5 milyon nüsxəni keçib.

Mantel ədəbiyyata verdiyi töhfəyə görə bir çox mükafatlara, o cümlədən Britaniya imperiyası ordeninin xanım-komandiri adına layiq görülmüşdür.