AYB-nin Cənubi Azərbaycan Komissiyası məhsuldar işləyir

Rate this item
(0 votes)

 

Xəbər vermişdik ki, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca 8-ci təqdimat mərasimi keçirilib. Mərasim barədə daha geniş məlumatı “Ədəbiyyat və incəsənət” portalı AYB sədrinin müşaviri Sayman Aruza istinadən verir.

 

Tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər və araşdırmaçılar iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin baş redaktoru Azər Turan, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, Varlıq jurnalının baş redaktoru Məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəbiyyatçısı Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına institutunun aparıcı elmi işçisi, Kərimulla Məhəmmədzadə təltif olunublar. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Səməd Behrənginin həyatı və yaradıcılığı barəsində geniş məlumat verərək mükafatın əhəmiyyətini vurğulayıb. Daha sonra Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri tanımış yazıçı-tədqiqatçı Sayman Aruz da öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsininin vacibliyinə  diqqət çəkib. 

Sonda mükafatlar öz sahiblərinə təqdim olunubdur.