Unudulmaz sevgi şeirləri - “Bilirəm ki, yorulmuşam...” Featured

Rate this item
(0 votes)

 

Bilirəm ki, yorulmuşam...

Ömür qısa,

Yol uzun.

Nə olsun ki,

Bu gecə də parlamadı ulduzum.

Qəribsəmə,

Çək içinə 

tənhalığın ətrini,

Sən sabahın qədrini bil,

Mən dünənin qədrini...

 

Bu son tələ

Bir az gendən

Gülüb keçsə, gələrəm.

Ömür keçdi

Gələmmədim

Ölüm keçsə,

Gələrəm...

 

Elçin Mirzəbəyli