“Əbədi Sevgi - Vətən” layihəsində bu dəfə müharibə notları

 

İyunun 23-də, saat 11:30-da “Əbədi Sevgi-Vətən" layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin yaradıcılıq nümunələrindən ibarət çap olunmuş  eyniadlı kitabın təqdimatı baş tutacaq. 

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən keçirilir.

Tədbirin keçiriləcəyi ünvanı diqqətinizə çatdırırıq: Gənclər Təşkilatlarının Resurs Mərkəzi, Qlobus center, 13-cü mərtəbə, Caspian plazanın yanı.