“Azərkitab” fəaliyyətini davam etdirəcək - şad xəbər

 

“Ədəbiyyat və incəsənət” portalı “Azərkitab - kitab təbliğatı mərkəzi”nin rəhbəri Mirisrafil Həsənovun kitabsevərlərə müraciətini diqqətinizə çatdırır:

 

Əziz dostlar, hörmətli ziyalılarımız! 

Sizi iyun ayının 9-u, saat 11.00-da kitab təqdimatlarının, ziyalılarla görüşlərin, sərgilərin, müxtəlif ədəbi-kütləvi tədbirlərin keçirilməsi üçün yeni ünvanda - Ukrayna Ticarət Evi-nin inzibati binasında yerləşən "Azərkitab -kitab təbliğatı mərkəzi”nin müasir formatda üç zalının açılışı mərasiminə dəvət edirik.

 

Ünvan: Nərimanov rayonu, A.Salamzadə küc. 65B(Atatürk prospektində, Gənclik metrosundan Ayna Sultanova abidəsi istiqamətində gedən yolda yerləşən Zivella mebel evinin arxası)

Əlaqə: 050 260-90-20, 050 661-11-33