“Ən çox tamaşa oynanılan səhnə insan sifətidir” - Hümbət Həsənoğlunun növbəti 10 aforizmi Featured

 

1) Çay isti, insan səmimi deyilsə, onların digər xüsusiyyətləri önəmli deyil.

2) Az qazanırsansa, deməli, kiməsə çox qazanmağa kömək edirsən.

3) Pulu olan kişi həmişə yaraşıqlıdır.

4) Eqoisti özünü bizdən çox istədiyinə görə sevmirik.

5) Pulu olanların xəstəlikləri gec sağalır.

6) Kürəyini  qorumaq üçün dostlarını göz önündə saxla.

7)  Meyvəni günəş, insanı mübarizə yetişdirər.

8) Ən çox tamaşa oynanılan səhnə insan sifətidir.

9) Rəqəm sözdən mərddir, sözün yüz, rəqəmin isə yalnız bir mənası olur.

10) Dəyəri olan hər şeyin saxtası da olur.