Nizami Gəncəvinin 12 əlyazmasının rəqamsal nüsxəsi şairin adını daşıyan beynəlxalq mərkəzə təqdim edilib

Rate this item
(0 votes)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyə Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kitabxana tərəfindən mərkəzə 12 əlyazmanın rəqamsal nüsxələri təqdim olunub.
Bu barədə AzərTAC Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən  məlumat yayıb.
Xatırladaq ki, avqustun 4-də mərkəzin baş katibi Rövşən Muradov və kitabxananın direktoru Əli Odabaş arasında görüş keçirilib və Nizami Gəncəvi və Yunus Əmrə irsinin Azərbaycan, Türkiyə və regionda tanıtdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.