Əntiq əşya toplayanlar, agah olun: Qoqolun və Puşkinin nadir kitabları “Litfond”da hərraca çıxarılır Featured

 

Böyük rus yazıçısı Nikolay Qoqolun əsərlərinin ilk və yeganə sağlığında dərc edilmiş külliyyatı onun şəxsi möhürü ilə mayın 12-də "Litfond" hərrac evində 2,8 milyon rubl başlanğıc qiyməti ilə ticarətə məruz qalacaq. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən bildirir ki, bu barədə cümə axşamı hərrac evinin mətbuat xidmətindən məlumat verilib.

 

"Litfond"da dəqiqləşdiriblər ki, komplekt yarıdəri cildlərdə dörd kitabdan ibarətdir: “Dikanka yaxınlığında xutor axşamları", "Mirqorod", “Povestlər” və “Komediyalar". Nadir hallarda cildlərdə sahiblik imzaları var və kitablar yazıçının iki litoqrafik portreti ilə tamamlanır. Birinci cildin titul vərəqində  Qoqolun Şəxsi möhürü də vardır. Ehtimal edilir ki, bu, hədiyyə yazısını əvəz edirdi. Yazar kitablarını öz möhürünü vurmaqla hədiyyə edirmiş. 

Hərrac evinin məlumatında o da bildirilir ki, nəşrin nadir olması həm də onun nazik kağıza malik olması ilə şərtlənir. 

Həmçinin, mayın 12-də hərracda Aleksandr Puşkinin "A. Puşkinin quldur qardaşları" (1822 -ci ildə yazılmışdır) və “Aleksandr Puşkinin şeirləri" adlı sağlığında dərc edilmiş nəşrləri təqdim olunacaq. Lotun başlanğıc qiyməti 1,9 milyon rubl təşkil edəcək. Bundan başqa, hərrac iştirakçıları Vladimir Dalın "Kazak Vladimir Luqanskinin uydurmaları da var idi" adlı erkən nəşri uğrunda mübarizə apara biləcəklər. Onun başlanğıc qiyməti 100 min rubl olacaq.

Bir sözlə, pul olsa, xərcləmək üçün əla yer var.