Şair Əli Vəkil vəfat edib

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib. 

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 10 iyun 1938-ci ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Yuxarı Şorca kəndində anadan olmuşdu. Şair, tərcüməçi olan Əli Vəkil Azərbaycan Yazıçılar (1972) və Azərbaycan Jurnalistlər Birliklərinin  (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998) idi. 

Allah rəhmət eləsin!