ŞƏHİD ŞEİRLƏRİ – Cənnətdən məktub

Coşqun XƏLİLOĞLU, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

XƏYYAM MƏHƏMMƏD OĞLU DAŞDƏMİROV

(22.02.2002.-12.07.2020.)

İsmayıllı rayonunun Balik kəndində doğlmuş, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki  314nömrəli tam orta məktəbdə oxumuş, Azərbaycan Ordusunun Quru  qoşunlarının əsgəri, Tovyz döyüşlərinin şəhidi

Dəfn yeri: İsmayıllı rayonunun Balik kəndi

 

 

ANASI VÜSALƏ XANIMA ŞƏHİD XƏYYAMIN

CƏNNƏTDƏN MƏKTUBU

Ana, mən şəhid oldum,
Sənsə, dik tut başını,
Qoy heç bir kəs görməsin
Gözlərinin yaşını.

Böyütmüsünüz məni
Sevgiylə, məhəbbətlə,
Atamdan öyrənmişəm,
Yaşamağı qeyrətlə.

O, Qarabağ uğrunda
Düz dörd il döyüşmüşdü
Azı yüz yol ölümlə
Üzbəüz görüşmüşdü.

Sən mənim doğma anam,
Mən Vətənin balası,
Əsil oğul odur ki,
Olur yurdun qalası.

Balikda doğulmuşam,
Bu yurd, torpaq bizimdir.
Həm doğma İsmayıllı,
Həm Qarabağ bizimdir.

Bəxtimə düşüb anam,
Həşimovla tanışam,
Mənə, "Halaldır, Xəyyam,
Var ol! -demişdi, paşam.

Atam da əyilməsin,
Dolansın vüqar ilə,
Adım qoşa çəkilir,
Poladla, İlqar ilə.

18 illik ömrü
Ləyaqətlə yaşadım,
Əbədi çəkiləcək,
Müqəddıs şəhid adlm.

Tovuz döyüşləri də
Tarixin bir hissəsi,
İnsanın həm sevinci,
Həm də vardlr qüssəsi.

Əsgər dostlarım bilir,
Necə şücaətliydim,
Hamı məni sevirdi,
Qorxmaz, cəsarətliydim.

Qəmlənmə,  fəxr et, oğlun
Hər vaxt oldu üzüağ,
Ölmədi, şəhid oldu,
Azad oldu Qarabağ.

 

Uca etdim elimin

Saf, müqəddəs adını,

Qucağına alıbdı

Məni - öz övladını.

Ana, mən  şəhid oldum,
Sənsə, dik tut başını,
Qoy heç bir kəs görməsin
Gözlərinin yaşını.

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)