POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Vursunlar qanadından” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulan şairlərdəndir Adil Mirseyid. Halbuki, impressionist poeziyamızın ən gözəl nümunələrini məhz o yaradıb. 

 

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

 

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma.

 

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024