Şəhidlər barədə şeirlər – Tural Qurbanov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Qurbanovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TURAL GÜRŞAD OĞLU QURBANOV

(11.09.1992.-02.04.2016.)

 

Kürdəmir rayonunun Sığırlı kəndindən olan hərbi qulluqçu, gizir, Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Tural Gürşad  oğlu Qurbanovun əziz  xatirəsinə ithaf edirəm.

 

 

 

  TURAL KİMİ BİR YOL SEÇDİN

 

Uca boylu,  enli kürək,  qorxmaz oğlan idi Tural.

İradəli, cəsur ürək, igid cavan idi, Tural.

 

Lap balaca yaşlarından, “Vətən” nədi? öyrənmişdi.

Nur yağan baxışlarından ana-Vətən söylənmişdi.

 

 

Sevirdi bayrağımızı ən qiymətli sərvət kimi.

Sevirdi torpağımızı tükənməz bir nemət kimi.

 

Əsgərliyə yollananda üzündən şəfəq yağırdı,

O, bildirişi alanda, söylədi: -Vətən çağırdı.

 

Başladı, hərbi xidmətə, budur, Tural, avtomatlı,

Baxın  ondakı hörmətə, o, xüsusi təyinatlı.

 

“-Sənin kimi qoçaqlara var Vətənin ehtiyacı,

         Bu müqəddəs torpaqlara biz tapmalıyıq əlacı.”

Komandirin sözlərindən Tural necə də sevindi…

İşıq yağdı gözlərindən; -Etibarınız bəsimdi.

 

Daha gizir idi Tural, hər addımı ləyaqətli,

Çin olmuşdu, arzu-xəyal, tanınırdı-cəsarətli.

 

Aprel döyüşləri vaxtı igidlərim atlandılar.

Vətənin gətirib baxtı, qəhrəman övladları var.

 

Düşmənləri qırıb-tökdü dostlarıyla birgə Tural.

Sinəsinə dağı çəkdi, birə saldı, kürkə Tural.

 

Məhv etdilər  yağıları, başqa cürə ola bilməz.

Bizim Vətən torpaqları kafirlərdə  qala bilməz.

 

Şanlı Aprel döyüşləri müjdəsi oldu zəfərin.

Elə o vaxt xalqım dedi: -Övladlarına  “Afərin!”

 

Haqq yolunda candan keçən igidlərim heç vaxt ölməz.

Tural kimi bir  yol seçən Şəhidlərim heç vaxt ölməz.

 

Sığırlıda doğulsa da, bu Vətənə övlad oldu,

Hamımızın fəxr etdiyi Ssevdiyimiz bir ad oldu.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)