Şəhidlər barədə şeirlər – Tural Həsənov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Həsənovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

TURAL RAUF OĞLU HƏSƏNOV

(15.06.1997.-31.12.2020.)

 

Əslən Laçın rayonunun Mişni kəndindən olan, Qaradağ rayonunun Sahil qəsəbəsində doğullmuş, Lənkəran Dövlət Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi  

 


                    MƏQAMI UCA TURAL

 

Şəhidlərin məqamı  ucadır  ucadan da,

Şəhidlərə tükənməz sevgi  var yaradanda.

Hər adam şəhid olmaz, şəhidlik də qismətdir,

Vətən üçün yaşamaq, ölmək də səadətdir.

 

Tural da şəhid olub bu Vətən torpağında,

Canını qurban edib ömrünün gənc  çağında.

Döyünüb sinəsində vətənpərvər bir ürək,

Qarabağ savaşında vuruşub qəhrəmantək.

 

Qırx dörd günün  hər birin hünərlə yola salıb,

Rəşadət göstərərək, Tural üç medal alıb.

Zəfər Günü  sevincin  yaşayıb  o, qalibtək,

Deyirdi, gedəcəyik  biz  Laçına sahibtək.     

 

Kafir   hiyləgərlərin  fitnəsi  saya gəlməz,

Xisləti   şeytan olan  insanlığa yüksəlməz.

Otuz dekabr günü  gəldi,  bir acı xəbər,

-Tural minaya düşüb… hamını boğdu qəhər.

 

Ümid qəsəbəsindən getmişdi igid kimi,

Dekabrın son günü qayıtdı şəhid kimi.

Bükülmüşdü sevdiyi  o  üçrəngli bayrağa,

Mələklər qucağında tapşırıldı torpağa.

 

Salam, Tural! Salamı ürəklə göndərirəm,

Şuşamızdan dərilmiş çiçəklə göndərirəm.

Heç  zaman  unudulmaz, yaşayan-saf amalla,

Xalqımız fəxr eyləyir  igid oğlu Turalla.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)