Şəhidlər barədə şeirlər – Tural Dəmirçiyev

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tural Dəmirçiyevəhəsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TURAL RƏFAİL OĞLU DƏMİRÇİYEV

(01.10.1992.-05.10.2020.)

 

Bakının Ramana qəsəbəsində anadan olmuş, əslən Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndindən olan, ADPU-nun məzunu,  SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

TURAL

 

Sonuncu ad gününü nəm səngərdə keçirən,

Minüzlü kafirlərə zəhər, ağı içirən,

Yağıları məhv edib cəhənnəmə köçürən,

İgidi  görən kimi düşmən üzü saraldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Vətəni bütöv görmək arzusu, istəyiydi,

"Torpaqlar azad olsun"- duası, diləyiydi,

Onu xalqa sevdirən saf, təmiz ürəyiydi,

Məqam gəldi, düşməndən  intiqam, qisas aldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Əslən Qursalıdandır, Ramanada doğuldu,

Lənət səbəbkarlara, neçə oba dağıldı,

Bu Vətənın balası  bu diyara oğuldu,

Düşmənlərin gündüzün  bir gör necə qaraldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Mehrini, ülfətini kitablara salmışdı,

Həvəs ilə oxuyub, ali təhsil almışdı,

Əsgərlikdə sevilmiş, seçilib - sayılmışdı,

İnsanı insan edən saf əqidə, amaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Eşidib Həşımovun ölməz rəşadətini,

Generalın ana yurda sonsuz məhəbbətini,

Dedi, görəcək düşmən  mərdlərin cürətini,

Doğrudan, belə oldu, yağı qorxdu, saraldı,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Tural konüllü kimi ordumuza yazıldı,

Kafirlərə həmin gün, kədər oldu, yas oldu,

Şir-tülkü döyüşündə  budur,  tülkü basıldı,

Məlum oldu  erməni, özü mifdir, xəyaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Allah ona vermişdi, qorxmaz, cəsur bir ürək,

İnanırdı, az qalıb, zəfər günü gələcək,

Döyüşdü Füzulidə son damla qanınatək,

Göstərdiyi şücaət, kim deyir ki, nağıldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

İşləmişdi SOCAR-ın  "Təhlükəsizliyində"

Hamı xoş söz söyləyir Turalın barəsində,

Qəhrəmanlar diyarı, aslanlar ölkəsində,

Hər kəsi öz əməli, əqidəsi ucaldır,

Bu mərdi tanıyağın-o, qəhrəman Turaldır.

 

Qeyd: Təhlükəsizliyində-Təhlükəsizlik İdarəsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)