Şəhidlər barədə şeirlər – Səbuhi Süleymanov

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səbuhi Süleymanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

SƏBUHİ ƏLƏKBƏR OĞLU SÜLEYMANOV

(19.04.1997.-09.11.2020.)

 

Ucar rayonunun Bərgüşad kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

  YAŞAYACAQ ÜRƏKLƏRDƏ

 

Səbuhi – sabah adamı,

Yurdun üzüağ adamı,

Xeyirxah, Allah adamı,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Tanıtdırdı Bərgüşadı,

Oldu  layiqli övladı,

Şəhid-qəhrəmandır adı,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Çox sevirdi bu diyarı,

Can atırdı haqqa sarı,

Pərən saldı  yağıları,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Hərbçi  idi, cəsarətli,

İgid idi, qətiyyətli,

Bir dost idi sədaqətli,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

.

Evdə İsmayıldı adı,

Bir ocağın şən övladı,

Elə zirvəyə ucaldı,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

O, çox yüksəkliklər aşdı,

Şuşaya kimi savaşdı,

Əsgərlərlə dost-qardaşdı,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Düşməni  lərzəyə saldı,

Yağıdan intiqam aldı,

Şirin arzu, pak amaldı,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Səmadan bulud dağıldı,

Kim deyir  həyat nağıldı,

Səbuhi ölməz oğuldu,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

Saf sulu bulaq olacaq,

Xoş müjdə, soraq olacaq,

Hər evə qonaq olacaq,

Yaşayacaq ürəklərdə,

Arzularda, diləklərdə.

 

“Ədəbiyyat və incəsənətz”

(28.03.2024)